Bloq

12.10.2018 tarixində AZKLMİB-in 1. Bölgə Toplantısı — «Klinik Laborator Diaqnostikada Yeniliklər» Sipoziumu gerçəkləşib.

 

AXC-nin 100 illiyinə həsr olunmuş Simpozium Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhərində, Ramada Plaza oteldə baş tutub. Gəncə şəhərindən və ətraf rayonlardan Klinik Biokimya və Klinik Mikrobiologiya mütəxəssisləri başda olmaqla, 150-dən çox müxtəlif ixtisaslardan olan həkimin qatıldığı toplantını AZKLMİB sədri Prof.dr. Arif Əfəndiyev açıq elan etdi. Dövlət himninin oxunuşunun ardından sədr yeni yaradılan elmi cəmiyyətin məqsədi və missiyası haqqında məlumat verdi.
Simpoziuma təşkilati dəstək verən YGTM direktoru Ülkər Kərimova simpoziuma uğurlar arzu etdi.

AZKLMİB sədr müavini Dos.dr. Ramin Bayramlı Azərbaycan Səhiyyə tarixində Klinik Laboratoriya sahəsində ilk dəfə yaradılan ictimai birliyin strukturları, üzvlük qaydaları və gələcək planları ilə bağlı iştirakçılara məlumat verdi.

Simpozium öz işini elmi proqram üzrə davam etdirdi.
İştirakçıların yüksək marağına səbəb olan və disskusiyalarla keçən toplantıda onlara maarifləndirici materiallar və «Klinik Laborator Diaqnostika» kitabı hədiyyə edildi, sertifikatlar təqdim olundu.

TƏBİB təlim 06 mart 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və…
06 Mar, 2020
0 Comment

Hörmətli səhifə izləyiciləri!

Koronavirus (COVİD — 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Operativ qərargah mütəxəssisləri, aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı…
04 Fev, 2020
0 Comment

Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyət üçün təlim

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlərin növbəti…
06 Fev, 2020
0 Comment