Bloq

Koronavirus (COVİD — 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Operativ qərargah mütəxəssisləri, aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

AZKLMİB idarə heyəti də edilən tövsiyələri nəzərə alaraq, aprelin 5-də Lənkəran şəhərində keçirilməli olan 4-cü Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunun qeyri müəyyən vaxta kimi təxirə salınmasına qərar verdi.

Növbəti tarixlə bağlı məlumat səhifəmiz vasitəsilə bildiriləcəkdir.

Ətraflı məlumat üçün:
 +994 55 895 10 83
 +994 50 305 86 44

TƏBİB təlim 21.02.2020

21.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti…
21 Fev, 2020
0 Comment