«KLİNİK LABORATORİYA MÜTƏXƏSSİSLƏRİ» İCTİMAİ BİRLİYİ NİZAMNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. «Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi» ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti ölkə ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respulikasının Qanunu, digər normativ -hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.

1.4. Birliyin hüquqi ünvanı: AZ1023, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şosesi, ev. 11, mərtəbə 1

II. BİRLİYİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

2.1. Birliyin əsas məqsədi klinik laboratoriya sahəsinin ( biokimya, immunologiya, mikrobiologiya, hematologiya, histologiya, patologiya və s.) inkişafına kömək etmək, bu sahədə alimlərin və mütəxəssislərin səylərini birləşdirməkdir.

2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Azərbaycan alimlərinin apardıqları nəzəri, təcrübi və klinik elmi-tədqiqat işlərinin ümumiləşdirilməsində iştirak etmək;
  • Üzvlərin ixtisaslarının artırılmasına, onların elmi işlərinin, kəşf və səmərələşdirici təkliflərinin müzakirəsinin təşkilinə, onların tədbiq edilməsinə hərtərəfli yardım etmək;
  • Beynəlxalq elmi təşkilatlarla, görkəmli elm xadimləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların birgə elmi tədqiqat işlərinin aparılmasına yardım etmək və alınan nəticələrin müzakirəsini təşkil etmək;
  • Beynəlxalq elmi nailiyyətlərin ölkəmizdə tətbiqinə kömək etmək;
  • Diaqnostik metodların təkmilləşdirilməsinə kömək etmək, həmçinin bu sahədə elmi-tədqiqat laboratoriyalarının yaradılmasına iştirak etmək;
  • İctimai birliyin xətti ilə yeni elmi diaqnostik naliyyətlərin, biliklərin təbliğini və geniş yayılmasını müntəzəm təşkil etmək;
  • Klinik laboratoriya sahəsində elmi-tibbi terminologiyanın işlənib hazırlanmasına kömək etmək.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • Xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyəti qeyri-hökümət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • Elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.

2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrinin seçkisində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

Birlik aşağıdakı hüquqlara malikdir:

  • Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • Fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • Müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
  • Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • Müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • Qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, invertarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  • İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü vedikləri əmlak haqları və ianələri;
  • Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
  • Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • Qrantlar;
  • Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

4.9. Birliyin birinci maliyyə ili dövlət qeydiyyatına alınma tarixindən başlayır və həmin ilin dekabr ayının 31-də tamamlanır. Növbəti maliyyə illəri 1 yanvardan dekabr ayının 31-dək olan dövrü əhatə edir.

V. BİRLİYİNTƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə və ya birliyin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

  • Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək;

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə heyəti tərəfindən müəyyən edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİNTƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığınacaqdır.

6.2. Ümumi yığınacaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığınacağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  • Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • İllik hesabatın təsdiq edilməsi;
  • Başqa təşkilatlarda iştirak;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənməsi.

6.5. Ümumi yığınacaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi yığınacaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7. Birliyin fəaliyyətini cari rəhbərliyin İdarə heyəti həyata keçirir.

6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə heyətidir.

6.9. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • Təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edir.

6.11. İdarə heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

  • İdarə heyətinin sədri Birliyin ali tibb təhsilli və müvafiq klinik laboratoriya istiqaməti üzrə ixtisaslaşmış üzvləri arasından seçilir.

6.12. Sədr:

  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlıyır, etibarnamələr verir, Ümumi yığınacağın və İdarə heyətinin qərarlarının icrasını təşkil edir;
  • Ümumi yığınacaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi yığınacaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.

NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsinə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.

Nizamnamə