Bloq

AZKLMİB Beynəlxalq Klinik Kimya və Laborator Tibb Federasiyasına (IFCC) tam hüquqlu üzv qəbul edilib

Hörmətli AZKLMİB üzvləri,

Qürur hissi ilə bildiririk ki, 4 Oktyabr 2023-cü il tarixindən etibarən AZKLMİB Beynəlxalq Klinik Kimya və Laborator Tibb Federasiyasına (IFCC) tam hüquqlu üzv qəbul edilib.

AZKLMİB-in IFCC üzvlərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə qurumun 97-ci tam hüquqlu üzvü seçilməsi barədə IFCC Prezidenti Prof. Khosrow Adeli AZKLMİB İdarə Heyətinin sədr müavini, dosent Ramin Bayramlıya məktub ünvanlayıb. http://azklmib.az/wp-content/uploads/2023/10/Letter-EN_AZ.pdf

Qeyd edək ki, AZKLMİB İdarə Heyəti bu hədəf üçün məqsədyönlü şəkildə çalışmış, 21-25 May 2023-cü il tarixində IFCC-nin Romada təşkil olunmuş “WORLDLAB EUROMEDLAB ROMA 2023” konqresində iştirak etmiş və IFCC-nin rəhbər heyəti ilə görüşlər keçirmişdi.

IFCC üzvlüyü AZKLMİB-in eyni zamanda Avropa Laborator Tibb Federasiyasına (EFLM) üzvlüyünə qapı açır. Birliyin IFCC və EFLM-yə üzv olması Azərbaycan Laboratoriya Təbabəti və həmçinin Azərbaycan səhiyyəsi üçün əlamətdar bir hadisədir. Artıq Şanlı Üçrəngli Bayrağımız qurumun bütün beynəlxalq və çoxminli iştirakçı ilə keçirilən tədbirlərində IFCC-yə tam hüquqlu üzv olan 97 dövlətin  bayrağı ilə birlikdə dalağalanacaqdır! Bu tarixi hadisə eyni zamanda AZKLMİB üzvlərinin uğurudur.

İnanırıq ki, IFCC və EFLM ilə əməkdaşlıq ölkəmizdə laborator tibbin inkişafına böyük töhfələr verəcək, AZKLMİB üzvlərinin karyerasında yeni üfüqlər açacaqdır.

AZKLMİB İdarə Heyəti olaraq bu münasibətlə Azərbaycan laborator tibb ictimaiyyətini, o cümlədən AZKLMİB ailəsini təbrik edir, bütün üzvlərimizə uğurlar diləyirik!

 

Hörmətlə,

AZKLMİB İdarə Heyəti

Bloq

Başın sağ olsun, qardaş Türkiyə!

Türkiyənin Kahramanmaraş və bir çox əyalətində baş vermiş faciədən dolayı qardaş Türk xalqına keçmiş olsun diləklərimizi çatdırırıq. Bildirmək istəyirik ki, zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntıların olması bizi dərindən sarsıtdı və olduqca kədərləndirdi.
AZKLMİB olaraq, faciədə dünyasını dəyişən vətəndaşlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Bloq

2-Cİ BEYNƏLXALQ LABORATORİYA TƏBABƏTİ KONFRANSI

AZKLMİB olaraq elmi toplantılarımıza 25-26 Noyabr 2022-ci il tarixlərində Bakı şəhərində, “Hyatt Regency Baku” otelində keçirdiyimiz “2-ci Beynəlxalq Laboratoriya Təbabəti Konfransı” ilə yenidən start verdik. 200-dən çox tibbi laboratoriya mütəxəssisinin iştirakı ilə iki gün davam edən konfransda maraqlı məruzələr dinlədik, ünsiyyət quraraq gələcək layihələrimizi müzakirə edə bildik.
Azərbaycan Tibb Universiteti və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Konfrans “Hyyat Regency Baku” hotelində keçirilib. Konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə müasir yeniliklər ilə onları tanış etmək olmuşdur.
Azərbaycan mütəxəssisləri ilə yanaşı Türkiyə, Çin və Moldovadan olan məruzəçilərin də iştirak etdiyi konfransda 8 paneldə laboratoriya təbabətinin aktual mövzularına dair 40 məruzə təqdim olunmuşdur. İki gün davam edən konfransda ölkəmizin müxtəlif bölgələrindən 200-dən çox klinik biokimya və klinik mikrobiologiya mütəxəssisi iştirak etmişdir.
Dövlət himnimizin səslənməsi ilə öz işinə başlayan konfransda AZKLMİB-in və konfransın sədri professor Arif Əfəndiyev, Türkiyə Klinik Biokimya Mütəxəssisləri Dərnəyinin (KBUD) İdarə Heyətinin üzvü Dr. Cüneyt Canbulat, AZKLMİB İdarə Heyətinin üzvü və Konfransın elmi katibi t.ü.f.d. Yavər Hacısoy açılış nitqləri ilə çıxış edib.
Konfransda biokimyəvi və mikrobioloji laboratoriyalarda analitik xətalar və onların önlənməsi, kardiologiya, endokrinologiya, nefrologiya, revmatologiya, hematologiya və qatroentreologiyada laborator testlərin, həmçinin skrininq testlərinin tətbiqi, mikrobiologiya və molekulyar genetika sahələrinə dair son elmi nailiyyətlər müzakirə olunub. Konfrans çərçivəsində tibbi laboratoriyaların idarə olunmasında son yanaşmalara həsr olunmuş panel, həmçinin Türkiyə KBUD mütəxəssisləri tərəfindən “Laboratoriyada keyfiyyət əldə etmək üçün şifrələr” kursu təşkil olunub.
Konfransın fəaliyyətində eyni zamanda tibb tələbələri və həkim-rezidentlər iştirak etmişdir; bu da Azərbaycanın gələcək tibb potensialının gücləndirilməsi üçün xüsusi önəm daşıyır.
Konfrans hibrid formatda təşkil edilib və bununla da regionlardan olan mütəxəssislərin də iştirakına və yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkanlar yaradılıb.
Konfransın sonunda Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin sədr müavini dosent Ramin Bayramlı İctimai Birliyin gələcək fəaliyyət istiqamətlərini və planlarını AZKLMİB üzvlərinin diqqətinə çatdırıb, konfrans birliyin gələcək fəaliyyətinə dair disskusiyalarla öz işini yekunlaşdırıb.

Bloq

2-Cİ BEYNƏLXALQ LABORATORİYA TƏBABƏTİ KONFRANSI

Bloq

Hörmətli həmkarlar!

05 aprel 2020-ci il tarixində Lənkəran şəhərində keçiriləcək 4-cü Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunun proqramını sizlərə təqdim edirik.

Simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə akkreditasiya olunması üçün müraciət edilmişdir.

🔸 09:15 — 09:45 Qeydiyyat
🔸 09:45 -10:00 Açılış məruzələri

🔹 Prof. Dr. Arif Əfəndiyev (AZKLMİB sədri)
🔹 Dr. Yavər Hacısoy (AZKLMİB katibi)

🔸 10:00-11:30 I panel Laboratoriyada yeni testlər

🔹Sədrlər:
🔸 Dr. Arif Əfəndiyev
🔸 Dr.Yavər Hacısoy tüFD,
🔸 Dr. Taleh Əliyev

🔹 10:00 – 10:25 Onkomarkerlər, Laborator xətalar
🔸 Dr. Taleh Əliyev
ATU Onkologiya Klinikası, laboratoriya müdiri

🔹 10:25 – 10:50 Vitaminlər-diaqnostikada yeni yanaşma
🔸 Dr. Rövşən Abbasov
Zəfəran Hospital, laboratoriya müdiri

🔹 10:50 – 11:15 Reflektiv testlər
🔸 Dr. Yavər Hacısoy, tüFD
AZKLMİB məsul katibi, ATU-nun baş müəllimi

☕️ 11:15 – 11:30 Çay-kofe fasiləsi

🔸 11:30-12:45 II panel

🔹 Sədrlər:
🔸 Uzm.Dr. Emin Məmmədov
🔸 Uzm. Dr. İlhamə Eldarova

🔹 11:30– 11:55 Hamiləlikdə prenatal skrininq testlərinin əhəmiyyəti
🔸 Uzm. Dr. İlhamə Eldarova
Ege Hospital, ginekoloq

🔹 11:55 – 12:20 Kişi sonsuzluğu və laborator diaqnostikası
🔸 Uzm. Dr. Emin Məmmədov
ATU Cərrahiyə Klinikası, uroloq

🔹 12:20 – 12:45 Cinsi yolla yoluxan infeksiyaların molekulyar diaqnostikası
🔸 Dr. Qumral Ələkbərova, tüFD
İnci Laboratoriyalarının Tibb Direktoru

 12:45 – 13:45 Nahar fasiləsi

🔸 13:45 – 15:00 III panel Pediatrik xəstəliklərin diaqnostikası və laborator testlər

🔹 Sədrlər:
🔸 Uzm. Dr. Rəna Bayramlı
🔸 Dr. Əfsanə Məmmədova

🔹 13:45 – 14:10 Allergik testlər
🔸 Dr. Əfsanə Məmmədova
Talassemiya Mərkəzinin laboratoriya müdiri

🔹 14:10 – 14:35 Allergiyada testlərin doğru seçimi
🔸 Uzm. Dr. Rəna Bayramlı
Ege Hospital, pediatr

🔹 14:35 – 15:00 Hemostaz və onun pozğunluqları
🔸 Dr. Sevil Cəlilova
Talassemiya Mərkəzi, hematoloq

☕️ 15:00 – 15:15 Çay-kofe fasiləsi

🔸 15:15-16:30 IV panel

🔹 Sədrlər:
🔸 Dr. Qumral Ələkbərova, tüFD
🔸 Dr. Lalə Vəliyeva

🔹 15:15 – 15:40 Brusellozun klinikası və diaqnostikasında laborator testlərin rolu
🔸 Dr. Turan İbrahimova
Talasemiya Mərkəzi, infeksionist

🔹 15:40– 16:05 Brusellozun diaqnostikası və laborator testlər
🔸 Dr. Lalə Vəliyeva, mikrobioloq

📥 16:05– 16:30 Simpoziumun yekunu, müzakirələr, təkliflər, xatirə şəklinin çəkilməsi və sertifikatların təqdim edilməsi

Qeydiyyatdan keçmək və ətraflı məlumat üçün:
☎️ +994 55 895 10 83
☎️ +994 50 305 86 44

Bloq

TƏBİB təlim 12.02.2020

12.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

12.02.2020 tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində keçirilən nəzəri təlim, Biomkimya mütəxəssisi Dr. Lalə Qəhrəmanlının təqdimatında “Qanın ümumi analizi» «EÇS» «Koaquloqramma» «Hematoloji testlər” və Klinik Mikrobiologiya Mütəxəssisi TüFD Qumral Ələkbərovanın təqdimatında “Gastrointestinal sistem infeksiyasının mikrobioloji diaqnostikası» «Nəcisin ümumi analizi» «Gastroenteritlər” mövzularında olmuşdur.

Təlim nəzəri hissədən sonra müzakirələrlə davam edib.

Bloq

TƏBİB təlim 06 mart 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər başa çatıb.

Bloq

TƏBİB təlim 24.02.2020

24.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

24.02.2020 tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində keçirilən nəzəri təlim, Biomkimya mütəxəssisi Dr. Əfsanə Məmmədovanın təqdimatında “Pediatriyada istifadə olunan testlər” və Klinik Mikrobiologiya mütəxəssisi Dr. Lalə Vəliyevanın təqdimatında “Tənəffüs yolu infeksiyalarının mikrobioloji diaqnostikası” mövzularında olmuşdur.

Təlim nəzəri hissədən sonra müzakirələrlə davam edib.

Bloq

TƏBİB təlim 21.02.2020

21.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

21.02.2020 tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində keçirilən nəzəri təlim, Biomkimya mütəxəssisi TüFD. Dilarə Əliyevanın təqdimatında “Tiroid hormonları” və Klinik Mikrobiologiya mütəxəssisi TüFD Qumral Ələkbərovanın təqdimatında “TORCH infeksiyaları” mövzularında olmuşdur.

Təlim nəzəri hissədən sonra müzakirələrlə davam edib.

Bloq

TƏBİB təlim 19.02.2020

19.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti nəzəri təlim keçirilib.

19.02.2020 tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində keçirilən nəzəri təlim, Biomkimya mütəxəssisi Dr. Əfsanə Məmmədovanın təqdimatında “Kardioloji testlər” və Klinik Mikrobiologiya mütəxəssisi Dr. Leyla Həşimovanın təqdimatında “Genital sistem infeksiyasının mikrobioloji diaqnostikası” mövzularında olmuşdur. Təlim nəzəri hissədən sonra müzakirələrlə davam edib.