Bloq

AZKLMİB olaraq elmi toplantılarımıza 25-26 Noyabr 2022-ci il tarixlərində Bakı şəhərində, “Hyatt Regency Baku” otelində keçirdiyimiz “2-ci Beynəlxalq Laboratoriya Təbabəti Konfransı” ilə yenidən start verdik. 200-dən çox tibbi laboratoriya mütəxəssisinin iştirakı ilə iki gün davam edən konfransda maraqlı məruzələr dinlədik, ünsiyyət quraraq gələcək layihələrimizi müzakirə edə bildik.
Azərbaycan Tibb Universiteti və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Konfrans “Hyyat Regency Baku” hotelində keçirilib. Konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə müasir yeniliklər ilə onları tanış etmək olmuşdur.
Azərbaycan mütəxəssisləri ilə yanaşı Türkiyə, Çin və Moldovadan olan məruzəçilərin də iştirak etdiyi konfransda 8 paneldə laboratoriya təbabətinin aktual mövzularına dair 40 məruzə təqdim olunmuşdur. İki gün davam edən konfransda ölkəmizin müxtəlif bölgələrindən 200-dən çox klinik biokimya və klinik mikrobiologiya mütəxəssisi iştirak etmişdir.
Dövlət himnimizin səslənməsi ilə öz işinə başlayan konfransda AZKLMİB-in və konfransın sədri professor Arif Əfəndiyev, Türkiyə Klinik Biokimya Mütəxəssisləri Dərnəyinin (KBUD) İdarə Heyətinin üzvü Dr. Cüneyt Canbulat, AZKLMİB İdarə Heyətinin üzvü və Konfransın elmi katibi t.ü.f.d. Yavər Hacısoy açılış nitqləri ilə çıxış edib.
Konfransda biokimyəvi və mikrobioloji laboratoriyalarda analitik xətalar və onların önlənməsi, kardiologiya, endokrinologiya, nefrologiya, revmatologiya, hematologiya və qatroentreologiyada laborator testlərin, həmçinin skrininq testlərinin tətbiqi, mikrobiologiya və molekulyar genetika sahələrinə dair son elmi nailiyyətlər müzakirə olunub. Konfrans çərçivəsində tibbi laboratoriyaların idarə olunmasında son yanaşmalara həsr olunmuş panel, həmçinin Türkiyə KBUD mütəxəssisləri tərəfindən “Laboratoriyada keyfiyyət əldə etmək üçün şifrələr” kursu təşkil olunub.
Konfransın fəaliyyətində eyni zamanda tibb tələbələri və həkim-rezidentlər iştirak etmişdir; bu da Azərbaycanın gələcək tibb potensialının gücləndirilməsi üçün xüsusi önəm daşıyır.
Konfrans hibrid formatda təşkil edilib və bununla da regionlardan olan mütəxəssislərin də iştirakına və yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkanlar yaradılıb.
Konfransın sonunda Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin sədr müavini dosent Ramin Bayramlı İctimai Birliyin gələcək fəaliyyət istiqamətlərini və planlarını AZKLMİB üzvlərinin diqqətinə çatdırıb, konfrans birliyin gələcək fəaliyyətinə dair disskusiyalarla öz işini yekunlaşdırıb.

TƏBİB təlim 19.02.2020

19.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti…
19 Fev, 2020
0 Comment

TƏBİB təlim 24.02.2020

24.02.2020 tarixində TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlər çərçivəsində növbəti…
24 Fev, 2020
0 Comment

Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyət üçün təlim

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan nəzəri və praktik təlimlərin növbəti…
06 Fev, 2020
0 Comment